Bakı, TurkicWorld
Türkiyə super sürətli qatarlar istehsal edən və onları dünyaya satan bir ölkə olacaq
TurkicWorld xəbər verir ki, bu barədə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.
TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində TÜBİTAK Gebze Kampusunda təşkil edilən Beynəlxalq Efficiency Challenge Elektrikli Vasitə Yarışları və Liseylər Arası Efficiency Challenge Elektrikli Avtomobil Yarışları və Hyperloop Yarışları davam edir.
TÜBİTAK Gebze Kampusuna gələn Səlcuq Bayraktar TÜBİTAK Dəmiryol Nəqliyyat Texnologiyaları İnstitutunun (RUTE) direktoru Tolgahan Kayadan məlumat alıb və Hyperloop Race sahəsindəki stendləri ziyarət edib.
Bayraktar jurnalistlərə açıqlamasında TEKNOFEST-in uçqun kimi böyüdüyünü və yarışlar üçün 1,5 milyona yaxın müraciətin olduğunu bildirib.
"TEKNOFEST-in ən mühüm məqsədi yüksək texnologiyanı inkişaf etdirəcək və onu bütün dünyada bayrağımızı ən yüksək səviyyəyə qaldıracaq şəkildə istehsal edəcək nəsillər yetişdirmək idi. Biz də TEKNOFEST-in ilk ilindən etibarən müəssisə yarışmamıza başlamışdıq.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu