Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə silah qaçaqmalçılarına qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyədə beş gün ərzində 78 rayonda silah qaçaqmalçılarına və sənədsiz silah gəzdirənlərə qarşı həyata keçirilən “Mercek-22” əməliyyatlarında 1790 silah ələ keçirilib, 1847 şübhəli barəsində cinayət işi açılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Əməliyyatlar İstanbul, İzmir və Adana daxil olmaqla 78 rayonda həyata keçirilib.

Evlərdə və iş yerlərində, ictimai yerlərdə və yollarda aparılan axtarışlarda polis tərəfindən uzun lüləli tüfəng də daxil olmaqla 1790 silah ələ keçirilib.

Barəsində tədbir görülən 1847 şübhəlidən 511-i saxlanılıb.

“Cinayətkar qruplarla mübarizəmiz fasiləsiz davam edəcək”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər