Bakı,TurkicWorld
İsmail Haniyə şanlı Fələstin müqavimətinin simvoluna çevrilmiş bir şəxsiyyət idi.
TurkicWorld xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidan İranın paytaxtı Tehranda İsrail tərəfindən şəhid edilən Həmas lideri İsmayıl Haniyə ilə bağlı X sosial media hesabında paylaşım edib.
“Haniyə həyatını Fələstin davasına, Fələstinə sülh və əmin-amanlıq gətirməyə həsr etdi. Onun atəşkəsə nail olmaq üçün son vaxtlar göstərdiyi səylərin şahidiyik”,- deyə Fidan bildirib .
“Onun son vaxtlar atəşkəsə nail olmaq üçün göstərdiyi səylərin şahidiyik. Ailə üzvləri İsrail tərəfindən qətlə yetiriləndə belə, o, sülhə olan inamını heç vaxt itirməyib”,- deyə o əlavə edib.
Qeyd edək ki, gecə saatlarında HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına atılan raket nəticəsində ölüb. İran və HƏMAS Hərəkatı iyrənc sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkiniblər.