Son dəqiqə

Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə narkotik tacirlərinə qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyədə 17 şəhərdə həyata keçirilən “Narkoçelik-29” əməliyyatlarında, 1 ton 331 kiloqram narkotik maddə, 9 milyon 258 min 811 ədəd sirr kökü və skunk kökü, 4 min 481 ədəd narkotik həb ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyəni Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Saxlanılan 103 narkotik alverçisindən 45-i həbs olunarkən, 36-sı barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.

“Sevgili millətimizin bilməsini istəyirəm ki, biz ölkəmizi zəhər tacirlərindən və küçə alverçilərindən təmizləməkdə qərarlıyıq. Əməliyyatları həyata keçirən qəhrəman jandarmımızı təbrik edirəm”,- deyə Yerlikaya bildirib.

Tutulan 103 zəhər alverçisindən 45-i həbs olunarkən, 36-sı barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.

Mövzuya görə xəbərlər