Bakı,TurkicWorld
Türkiyənin İzmir şəhərində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 10 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu, terror təşkilatı İŞİD-ə qarşı aparılan araşdırmalar çərçivəsində ikisi sonradan Türkiyə vətəndaşı olan 11 şübhəli barəsində həbs qərarı çıxarıb.
Polis tərəfindən şübhəlilərin evlərində aparılan axtarışlar zamanı bir sıra rəqəmsal materiallar ələ keçirilib.
Haqqında həbs qərarı çıxarılan 11 nəfərdən 10-u saxlanılıb. Polislərdən qaçmağı bacaran bir nəfərin saxlanılması istiqamətində axtarışlar davam edir.