Bakı, TurkicWorld
Türkiyənin 13 şəhərində İŞİD terror təşkilatına qarşı həyata keçirilən “GÜRZ-1” əməliyyatları zamanı 72 şübhəli ələ keçirilərək həbs edilib
TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya əməliyyatla bağlı sosial media hesabından açıqlama verib.
Yerlikaya açıqlamasında, Ankara, Adana, Antalya, Çorum, Elazığ, Qaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzonda İŞİD-ə qarşı həyata keçirilən "Gürz-1" əməliyyatlarında 72 şübhəlinin ələ keçirildiyini qeyd edib.
Açıqlamada həmçinin əməliyyatlar nəticəsində külli miqdarda xarici valyuta, türk lirəsi və çoxlu sayda rəqəmsal materialın da ələ keçirildiyi bildirilib.