Bakı, TurkicWorld
Türkiyənin Kayseri vilayətində Mütəşəkkil Sənaye Bölgəsində (OSB) kağız fabriki bağçasında baş verən yanğın qruplar tərəfindən nəzarətə götürülüb.
TurkicWorld xəbər verir ki, tüstüdən təsirlənən üç nəfərə sağlamlıq qrupları tərəfindən müdaxilə edilib.
Kağız fabrikinin bağçasındakı yanğın naməlum səbəbdən baş verib. Qısa müddətdə böyüyən yanğın səbəbiylə əraziyə xilasedicilər və polis qrupları cəlb edilib.
Kayseri Böyükşəhər Bələdiyyəsi və Kayseri Mütəşəkkil Sənaye Bölgəsi xilasetmə qruplarının 25 avtomobil və 65 personal ilə təxminən üç saat ərzində müdaxilə etdiyi yanğın nəzarət altına alınıb.
Fabrikdə qrupların söndürmə və soyutma işləri davam edir.
Hafiz Rufizoğlu