Son dəqiqə

Türkiyə İbrahim Yumaklı meşə yanğınları

Türkiyədə meşələr yanğın təhlükəsinə görə PUA və kameralarla izlənilir

Bakı,TurkicWorld

Türkiyədə mümkün yanğınlar barədə erkən xəbərdar olmaq üçün meşələr 14 pilotsuz uçuş aparatı (PUA) və 368 kamera ilə izlənir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı meşə yanğınlarına qarşı görülən tədbirlərlə bağlı açıqlama verib.

Bu il ölkə daxilində meşə yanğınlarına cavab vermək üçün 105 helikopter, 26 təyyarə və 14 PUA hazırlandığını bildirən Yumaklı, 184-ü ağıllı qüllə, 1686 çiləyici və 2 min 655 ilk müdaxilə vasitəsi olmaqla 776 müşahidə qülləsinin olduğunu da qeyd edib.

Nazir bildirib ki, meşə yanğınları ilə mübarizədə 15 min 500 yanğınsöndürən, 4 min texniki işçi, 5 min 500 meşə mühafizə işçisi və 122 min könüllü iştirak edib.

“2020-ci ildə dünyada ikinci, Avropada isə birinci ölkə olaraq PUA-lar yanğının aşkarlanması və idarə olunmasında istifadə olunmağa başlanıb”,- deyə Yumaklı vurğulayıb.

Qeyd edək ki, Türkiyənin meşə örtüyünün sahəsi 760,676 km2-dir. Dünyada meşə örtüyü sahəsinə görə 28-ci sırada yer alıb. Türkiyədə Son 4 ildə baş verən meşə yanğınlarında 168 min 194 hektar meşə sahəsi zərər görüb.

Mövzuya görə xəbərlər