Son dəqiqə

Türkiyə Ali Yerlikaya KUYU-9 əməliyyatları

Türkiyədə keçirilən əməliyyatlar zamanı 50- ə yaxın şəxs saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyədə başda İstanbul olmaqla , 6 şəhərdə keçirilən "KUYU-9” əməliyyatları zamanı saxlanılan 46 şəxs həbs olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili Işlər Naziri Ali Yerlikaya sosyal medya hesabında açıqlama verib.
Yerlikaya açıqlamasında, xaricdə qaçaq olan Abdullah Çapkan və həbsdə olan Ramazan Taşın başçılıq etdiyi etdiyi, bir-biriylə düşmən olan iki ayrı cinayətkar dəstəyə qarşı İstanbul, Samsun, Kocaeli, Siirt, Diyarbekir və Malatyada “KUYU-9” əməliyyatının təşkil edildiyini bildirib.

Həyata keçirilən əməliyyatlar zamanı ümumi 47 şübhəli saxlanılıb, onlardan 46-sı həbs edilib, biri barəsində isə məhkəmədən nəzarət qərarı çıxarılıb. Həmçinin 20 sənədsiz silah və müxtəlif miqdarda narkotik maddələr də ələ keçirilib.

Yerlikaya bildirib ki, şübhəlilər “qəsdən adam öldürməyə cəhd”, “qəsdən yaralama”, “narkotik maddə hazırlama və alqı-satqı”, “narkotik vasitələrin alınması, qəbulu, saxlanması və istifadəsi”, “təhdid”,
“qəsdən təhlükə törətmək” maddələri ilə ittiham olunublar.

Mövzuya görə xəbərlər