Son dəqiqə

Türkiyə ABŞ Suriya

ABŞ Türkiyə-Suriya münasibətlərinin normallaşmasını istəmir

Bakı, TurkicWorld

ABŞ Dövlət Departamenti Türkiyə ilə Suriya arasında normallaşma səylərini dəstəkləmədiyini və 13 ildir davam edən problemə siyasi həll tapılana qədər ABŞ-ın Suriya ilə münasibətləri normallaşdırmayacağını bildirib.

TurkicWorld xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən məlumat verilib.

Türkiyə ilə Suriya arasında davam edən normallaşma səyləri ilə bağlı sualı cavablandıran Nazirlik, normallaşmanı dəstəkləmədiklərini bildirib.

Nazirlik sözçüsü, “Türkiyə ilə Suriya arasında normallaşma olacağına dair məlumatlar eşidirik. ABŞ bu normallaşma səylərini dəstəkləmir”,- deyə əlavə edib.

“ABŞ olaraq bu problemin siyasi həlli istiqamətində ciddi irəliləyiş görmədikcə, Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacağıq. Suriya rejimi ilə əlaqəsi olan bütün ölkələri bu əlaqələrdən suriyalıların humanitar vəziyyəti, insan haqları və təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq və BMT-nin 4456 saylı qətnaməsinin məqsədlərinə nail olmaq üçün istifadə etməyə çağırdıq”,- deyə nazirlikdən bildirilib.

Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan normallaşma istiqamətində müsbət mesajlar verməyə davam edir.

Ankaradakı Prezident Külliyesində bugünkü Nazirlər Kabinetinin iclasından sonra Suriya prezidenti Bəşər Əsədlə görüşdən və Türkiyə-Suriya münasibətlərinin normallaşmasından danışan Ərdoğan mesajında ​​görüşün keçirilməsinin “ehtiyac” olduğunu bildirib.

Ərdoğan, “Dostlarımızın sayının artırılmasına böyük əhəmiyyət veririk. Böyük dövlətlər arasında paylaşma mübarizəsinin sürətləndiyi bir dövrdə xarici siyasətdə yeni addımların atılması Türkiyə üçün seçimdən çox, ehtiyacdır. Biz görürük ki, qonşularımızla yanaşı, digər ölkələrin də bu təşəbbüslərə ehtiyacı var. İnanırıq ki, sıxılmış yumruqları açmaq faydalıdır" dedi.

Mövzuya görə xəbərlər