Son dəqiqə

İsrail Ömər Çelik Qəzza

İsrailin Xan Yunus hücumunu lənətləyirik-Ömer Çelik

Bakı, TurkicWorld

Türkiyənin hakim AK Partiya sözçüsü Ömer Çelik İsrailin Xan Yunusa etdiyi hücumu lənətlədi.

Bakı, TurkicWorld xəbər verir ki, Çelik bu haqda öz sosial media hesabından hadisədən sonra etdiyi paylaşımda deyir.

“İsrailin Qəzzanın cənubundakı Xan Yunus bölgəsində minlərlə mülki vətəndaşın sığındığı bölgəni bombalamasını lənətləyirik. İsrailə gəldikdə beynəlxalq ictimaiyyətin və qaydalara əsaslanan dünya nizamı iddiasında olan dövlətlərin büründüyü susqunluğu şiddətlə qınayırıq. İsrail qətliamlarını hər platformada gündəmə gətirməyə və müharibə cinayətlərinin qanuni təqibçisi olmağa davam edəcəyik. Netanyahu və onun qətliam şəbəkəsi gec-tez soyqırım və müharibə cinayətlərinə görə mühakimə olunacaq”, – deyə Çelik paylaşımında deyib.

Qeyd edək ki, İsrail Xan Yunisdə məcburi köçkün fələstinlilərin çadır sahəsi yaxınlığını havadan bombardman edib. Hücumda ən azı 13 fələstinlinin həyatını itirdiyi, 26 nəfərin yaralandığı bildirilib.

Mövzuya görə xəbərlər