Son dəqiqə

Türkiyə Cevdet Yılmaz

15 iyul təkcə müqavimət simvolu deyil – Cevdet Yılmaz

Bakı, TurkicWorld

15 iyul təkcə müqavimət simvolu deyil, həm də yenidən doğuşun simvoludur.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə birlikdə TBMM-də 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anma mərasimində çıxış edərkən deyib.

O bildirib ki, iyulun 15-nə keçən gecə həyata keçirilməsi nəzərdə tutulanlar bir əsr əvvəl Türkiyənin hər guşəsində baş verən işğal cəhdləri ilə eynidir.

Yılmaz xain çevrilişçilərin TBMM və Prezident Külliyesini hədəf almasının təsadüf olmadığını bildirib.

“İyulun 15-nə keçən gecə millətimiz təkcə dövlət çevrilişi cəhdini deyil, həm də demokratiya və müstəqilliyimizə vurulması nəzərdə tutulan zəncirləri qırdı. Xalqımız tankların, bombaların, topların qarşısında uca duraraq canları bahasına azadlığımızı, demokratiyamızı müdafiə etdilər.” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər