Son dəqiqə

Türkiyə FETÖ

Türkiyədə 27 şəhər üzrə FETÖ əməliyyatı həyata keçirilib

Bakı, TurkicWorld

Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı keçirlən əməliyyat zamanı 74 şübhəli saxlanılıb

TurkicWorld xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya əməliyyatla bağlı sosial media hesabından açıqlama verib.

O, FETÖ terror təşkilatına qarşı 27 vilayətdə 4 gündür davam edən "Kıskaç-22" əməliyyatları çərçivəsində 74 şübhəlinin ələ keçirildiyini bildirib.

Əməliyyat zamanı şübhəlilərin taksafonlar vasitəsilə biri-birilər ilə əlaqə saxladıqları və təşkilatın kripto rabitə proqramı olan 'ByLock' istifadəçisi olduqları, adlarının ifadə və digər sənədlərdə hallandığı, FETÖ istintaqları çərçivəsində onlara qarş yekun həbs cəzası və axtarış qeydlərinin olduğu müəyyən edilib.

Mövzuya görə xəbərlər