Son dəqiqə

Türkiyə FETÖ

Türkiyədəki dövlət çevrilişinə cəhddən 8 il ötür

Bakı, TurkicWorld

Fətullahçı Terror Təşkilatının (FETÖ) 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsindən 8 il ötür.

TurkicWorld xəbər verir ki, həmin gecə baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb.

Dövlət çevrilişinə cəhd edənlər əvvəlcə Boğaziçi körpüsünü bağlayıblar. Çevriliş cəhdi zamanı 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilib.

Çevrilişə cəhd edənlərin istifadə etdiyi F-16 döyüş təyyarəsi saat 23:18-də Ankaranın Gölbaşı qəsəbəsindəki Təhlükəsizlik Ümumi Müdirliyinin Aviasiya Şöbəsini bombalayıb. Partlayış nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb. Eyni zamanda Gölbaşıda Təhlükəsizlik Ümumi Müdirliyinin Xüsusi Əməliyyat Müdirliyi də bombalanıb. Hücum nəticəsində 44 polis həyatını itirib, 36 nəfər yaralanıb.

Gecə boyu davam edən qarşıdurmalardan sonra çevriliş cəhdinin qarşısı alınıb. Baş verənlər nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb. Çevriliş cəhdindən sonra 2016-cı il iyulun 20-də təxminən iki il davam edən fövqəladə vəziyyət elan edilib.

Ölkədə fövqəladə vəziyyət (OHAL) elan edildikdən sonra 289 məhkəmə iddiası qaldırılıb. Məhkəmələr üzrə 3 mini ömürlük olmaqla 4 min 891 müttəhimə hökm oxunub.

FETÖ terror təşkilatı ilə əlaqəsi olan məktəblər, dərnəklər, fondlar və yataqxanalar kimi 100-dən çox qurum bağlanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər