Bakı. TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pensilvaniyada seçki kampaniyası zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampa hücumu pisləyib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti "X" sosial şəbəkəsində yazıb.
"Mən ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampa hücumu qətiyyətlə pisləyirəm", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə dövlət başçısı həmçinin D.Trampa, ailəsinə və yaxınlarına səmimi dəstəyini ifadə edib. O, bu hücumla bağlı istintaqın mümkün qədər səmərəli aparılacağına, günahkarların tez bir zamanda məsuliyyətə cəlb ediləcəyinə əminliyini ifadə edib.
Paylaşımda Türkiyənin dost və müttəfiq Amerika xalqına dəstəyini davam etdirəcəyi də vurğulanıb.