Bakı, TurkicWorld
Türkiyənin Van vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
AFAD tərəfindən episentri Tuşba rayonunda Van gölü olaraq təyin edilən zəlzələ saat 23.19-da baş verib.
Məlumat üçün qeyd edək ki, 7 kilometr dərinlikdə baş verən zəlzələnin mənfi təsiri olmayıb.
Hafiz Rufizoğlu