Son dəqiqə

FETÖ Türkiyənin Ədliyyə Nazirliyi Yılmaz Tunc

FETÖ lideri ABŞ-da qonaq olmağa davam edir – Yılmaz Tunç

Bakı,TurkicWorld

Təəssüf ki, FETÖ lideri ABŞ-da qonaq olmağa davam edir və 8 ildir ki, ekstradisiyası ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

“FETÖ ilə əlaqələrimiz və bağlılığımız, barəsində istintaq və təqibi davam edən şəxslərlə bağlı 115 fərqli ölkəyə ekstradisiya tələbi etmişik. Təəssüflə demək istəyirəm ki, demokratiyaya, insan haqlarına hörmətlə yanaşdıqlarını deyən ABŞ, Avropa dövlətləri və Almaniya geri qaytarma sorğularımıza laqeyd qaldılar və terrorçulara öz ölkələrində sığınacaq verməyə davam etdilər”,- deyə Tunç bildirib.

“Təəssüflər olsun ki, müttəfiq saydığımız, hər hansı bir hücumda bizimlə olmalı olan ölkələrin FETÖ-yə gəlincə, hansı ikili standartların olduğunu gördük. Türkiyə nə vaxt inkişaf etməyə, irəliləməyə hər sahədə söz sahibi olmağa başlayırsa bunun qarşısı alınmağa çalışılır”,- deyə o bildirib.

Tunç, FETÖ-nün 15 iyul çevriliş cəhdinin səkkizinci ildönümü öncəsi verdiyi açıqlamada çevriliş cəhdi zamanı 253 nəfərin şəhid olduğunu, 2190 nəfərin qazi olduğunu söyləyib.

“Türk milləti 15 iyul gecəsi dünyaya necə insan haqları mübarizəsi aparacağını və demokratiyanı necə qoruyacağını müvəffəqiyyətlə göstərdi” ,- deyə nazir vurğulayıb.

Mövzuya görə xəbərlər