Son dəqiqə

Türkiyə gəmi və yaxta ixracatı Türkiye Ihracatçılar Meclisi

Türkiyədə gəmi və yaxta ixracatında artım müşahidə edilib

Bakı, TurkicWorld

Gəmi və yaxta sektorunun ixracı bu ilin ilk yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz artaraq 923 milyon 516 min dollara çatıb.

TurkicWorld bu barədə Türkiyə Ihracatçılar Meclisinə istinadən məlumat verir.

Məlumata görə, Türkiyənin ixracatı 2024-cü ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 125,4 milyard dollar olub.

İlin ilk yarısında ən çox gəmi və yaxta ixracatının həyata keçirildiyi şəhər 485 milyon 410 min dollarla İstanbul olub. Siyahını müvafiq olaraq Yalova, Izmir və Bursa izləyib.

Bu dövrdə gəmi və yaxta sektoru üzrə ən çox satış edilən ölkə isə Norveç olub. Belə ki, ilin ilk yarısında Norveçə 147 milyon 562 min dollarlıq ixrac həyata keçirilib . Norveçdən sonra ardıcıl olaraq Marşal Adaları, Almaniya, Yunanıstan və İtaliya gəlir .

Sektorun ixracat həcminin ölkələrə görə dəyişməsində isə ən yüksək miqdarda artım Braziliyada qeydə alınıb. Əsas hissəni gəmi ixracı təşkil etsə də, sözügedən dövrdə həmçinin ehtiyat gəmi hissələri, dəniz tankerləri, gəmi sənaye məhsulları ixracı da həyata keçirilib.

Gəmi, Yaxta və Xidmət İxracatçıları Birliyinin sədri Cem Seven, bu ilin ilk altı ayının hesabatının keçən ilin eyni periodu ilə müqayisədə irəliləyiş olduğunu bildirib.
“Keçmiş sifarişlərə əsaslanaraq, ilin sonunda 1,8 milyard dollardan 1,9 milyard dollara qədər ixrac hədəfimizə çatacağımızı düşünürük” - deyə Seven qeyd edib.

Mövzuya görə xəbərlər