Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Türkiyədə dörd mindən çox şəxs saxlanılıb

Bakı,TurkicWorld

Türkiyədə son 5 gündə ölkə ərazisində axtarışda olan şəxslərə qarşı həyata keçirilən “Çember-19” əməliyyatları zamanı müxtəlif cinayətlərə görə şübhəli 4 min 466 fərari saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili Işlər Naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama verib.

Məlumata görə, müxtəlif cinayətlərə görə axtarışda olan şəxslərə qarşı son beş gündə 81 vilayətdə “Çember-19” əməliyyatı keçirilib. Həmin şəxslərdən dörd min 436 nəfərin beş ilədək, 19 nəfərin 5-10 il, 11 nəfərin isə 10 il və daha çox müddətdir axtarışda olduğu bildirilib.

Saxlanılan şəxslərin narkotik, oğurluq, qaçaqmalçılıq və cinayət, dələduzluq, talançılıq, seksual xarakterli cinayətlər, terror, qəsdən adam öldürmə kimi cinayətlərə görə axtarışda olduğu müəyyən edilib.

Nazir Yerlikaya sosyal medya hesabında əməliyyatdan olan görüntüləri də paylaşıb.

Mövzuya görə xəbərlər