Bakı,TurkicWorld
Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum 6 fevral zəlzələlərindən zərər çəkən Adıyaman, Qaziantep, Kilis, Osmaniye və Adanaya gedərək mərkəzi Kahramanmaraşda yoxlamalar aparacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyindən məlumat verilib.
Ötən həftə Malatya, Kahramanmaraş və Hatayda səfərdə olan Kurum zəlzələ bölgəsində intensiv işlərini davam etdirir.
Sabah Adıyaman, Qaziantep, Kilis, Osmaniye və Adanaya gedəcək olan Kurum, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçiriləcək il koordinasiya yığıncaqlarına qatılacaq.
Sabah Adıyamana gedəcək olan Kurum, 13 İyul şənbə günü Qaziantep və Kilisdə, 14 İyul Bazar günü isə Osmaniye və Adanada görüşlər keçirəcək.