Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Terror təşkilatlarına üzv olanların sayı ən aşağı səviyyədədir

Bakı, TurkicWorld

Terror təşkilatlarına üzv olanların sayı ən aşağı səviyyələrə enib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib.

"Terror təşkilatlarında iştirak və terror aktları ilə bağlı rəqəmlər, 22 il ərzində ən aşağı səviyyələrdədir.” – deyə o bildirib.

Yerlikaya separatçı terror təşkilatı PKK-nın kadr toplamaq cəhdlərinə diqqət çəkərək, təşkilatın bölgədə qız uşaqlarının istismarının da müzakirə edilməli olduğunu vurğulayıb.

Eyni zamanda o bildirib ki, ilin əvvəlindən aparılan işlərlə Türkiyədə oğurluq hadisələrinin orta göstəricisi 46,5 faiz azalıb, hadisələrin aydınlaşdırılması sürəti isə 75 faizə çatdırılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər