Son dəqiqə

Türkiyə

Türkiyə İnkişaf Fondunun tərkibində yeni üst fond yaradılıb

Bakı, TurkicWorld

Türkiyə Xəzinə və Maliyyə Nazirliyi ilə Türkiyənin İnkişaf və İnvestisiya Bankı arasında 50 milyon dollarlıq yeni yuxarı fondun yaradılması ilə bağlı protokol imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

“Nazirliyimiz yaradılmış yuxarı fonda 35 milyon dollar məbləğində vəsait köçürməyi öhdəsinə götürüb. Yaranmış yuxarı fondla, Orta Müddətli Proqram hədəflərimiz çərçivəsində biz yüksək əlavə dəyərli sahələrə resurslar ayırmaqla vençur kapitalı (özəl kapital maliyyələşdirmə növü) ekosisteminin inkişafını və bu sahələrdə mal və xidmətlər istehsal edən müəssisələrin böyüməsini dəstəkləyəcəyik.” – deyı açıqlamada qeyd edilib.

Bildirilib ki, yatırılan investisiyalar Türkiyənin texnoloji inkişafını və iqtisadi artımını sürətləndirmək məqsədi daşıyır

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər