Son dəqiqə

Türkiyə meşə yanğınları

Balıkesirdə baş verən yanğına havadan və qurudan müdaxilə edilib

Bakı, TurkicWorld

Türkiyənin Balıkesir vilayətində baş verən yanğına havadan və qurudan müdaxilə edilib.

TurkicWorld xəbər verir ki, meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə Meşə Region Müdirliyi və Balıkesir Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları bölgəyə cəlb edilib.

Yanğınsöndürmə qrupları yanğına havadan və qurudan müdaxilə etməyə davam edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər