Bakı, TurkicWorld
2024-cü ilin iyun ayında Türkiyənin Gaziantep Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz arataraq, 1 milyon 412 min 195 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 19 faiz artaraq, 1 milyon 255 min 89 nəfər, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 157 min 106 nəfər təşkil edib.
2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 13 min 111 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 10 min 140 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 2 min 972 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 3 faiz artaraq, 11 min 564 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 10 min 527, beynəlxalq reyslər üzrə isə 25 faiz azalaraq 1 min 37 olub.
Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.