Son dəqiqə

PKK Türkiyə Milli Müdafiə Nazirliyi

İraqın şimalında iki terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Türk ordusu İraqın şimalındakı Qara bölgəsində iki PKK terrorçusunu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman Türk Silahlı Qüvvələrimiz terroru kökündən məhv etmək üçün fasiləsiz əməliyyatlarını davam etdirir”,- deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, terrorun məhv edilməsinə əsaslanan proaktiv təhlükəsizlik strategiyası çərçivəsində 27 may 2019-cu il tarixindən etibarən türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün Pəncə seriyası əməliyyatları başladılıb.

Mövzuya görə xəbərlər