Bakı,TurkicWorld
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraqın şimalında terror təşkilatı PKK/YPG-yə aid məntəqələrə hava zərbələri endirib.
TurkicWorld xəbər verir ki, MİT-dən verilən açıqlamada əməliyyatda terror təşkilatının Suriya və İraqın şimalındakı strateji nöqtələrinin hədəf alındığı bildirilib.
Açıqlamada PKK-ya aid sözdə hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəf məhv edilib.
“Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK/YPG-yə qarşı planlaşdırılan hədəfə çatana qədər əməliyyatlarını fasiləsiz olaraq davam etdirəcək”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, dünən Türkiyənin paytaxtı Ankarada TUSAŞ-a qarşı terror aktı törədilib. Hücum nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.