Bakı,TurkicWorld
Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Haftanin və Pençe-kilit bölgələrində səkkiz terrorçunu zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.
"Terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatları davam etdirəcəyik",- deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, terrorun məhv edilməsinə əsaslanan proaktiv təhlükəsizlik strategiyası çərçivəsində 27 may 2019-cu il tarixindən etibarən türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün Pəncə seriyası əməliyyatları başladılıb.