Bakı, TurkicWorld
Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT6A-nın buraxılış hazırlıqları çərçivəsində kapsula yerləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu öz sosial media hesabından açıqlama verib.
“Türk mühəndislər tərəfindən istehsal edilən TÜRKSAT 6A peykinin Türkiyə vaxtı ilə saat 00.20-də ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından kosmosa buraxılması planlaşdırılır.” – deyə o qeyd edib.
Məlumat üçün qeyd edək ki, TÜRKSAT 6A Layihəsində Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi və TÜRKSAT AŞ sifarişçi təşkilat kimi, TÜBİTAK UZAY layihənin idarəedici təşkilatı kimi, ASELSAN, TUSAŞ və C2TECH şirkətləri isə layihənin icraçı qurumu kimi iştirak edib.
Hafiz Rufizoğlu