Son dəqiqə

Türkiyə Haluk Görgün

Türkiyənin müdafiə sənayesində ixracatı 500 milyon dolları ötüb

Bakı,TurkicWorld

Türkiyənin müdafiə və aerokosmik sənayesi iyun ayında 563 milyon dollar ixracat edib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Başçısı Haluk Görgün X sosial media hesabında paylaşım edib.

“İxracımızın artırılmasında öncül olan bütün şirkətlərimizi və onların əməkdaşlarını ürəkdən təbrik edirəm. Fəxr hissi ilə bölüşmək istərdim ki, Türkiyənin müdafiə və aerokosmik məhsulları bu gün dünyanın 185 ölkəsində uğurla istifadə olunur”,- deyə Görgün bildirib.

Mövzuya görə xəbərlər