Son dəqiqə

Türkiyə Ankara

Ankara Sənaye Müəssisələri siyahısında ikinci yerə yüksəlib

Bakı,TurkicWorld

İstanbul Sənaye Palatasının (İSO) hazırladığı Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi siyahısında Ankara 45 şirkətlə ikinci yerə yüksəlib.

TurkicWorld xəbər verir ki, Ostim Sənayeçi və İş Adamları Dərnəyinin (OSİAD) sədri Süleyman Ekinci Ankaranın siyahıdakı şirkətlərin sayını 39-dan 45-ə yüksəltdiyini bildirib. Beləliklə Ankara siyahıda Kocaeli və Bursanı geridə qoyub.

Ankaranın şirkət sayına görə İstanbuldan sonra ikinci yerdə olduğuna diqqət çəkən Ekinci bu vəziyyətin paytaxt üçün böyük sıçrayış demək olduğunu vurğulayıb.

“Türkiyənin ehtiyac duyduğu yüksək texnologiyalı məhsulların istehsalında Ankara liderlik edir. Üstəlik İstanbul, Kocaeli kimi zəlzələnin yüksək risk yaratmadığı və təhlükəsiz istehsal sahəsi olduğu üçün digər əyalətlərdən işçiləri cəlb edir”,- deyə Ekinci qeyd edib.

Mövzuya görə xəbərlər