Son dəqiqə

Türkiyə meşə yanğınları

15 nəfərin öldüyü yanğının səbəbi bəlli oldu

Bakı. TurkicWorld:

Türkiyənin Çınar və Mardin bölgələrində baş verən yanğın üzrə araşdırma işləri tamamlanıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı, Diyarbəkirdə 790 hektar, Mardində isə 700 hektar kənd təsərrüfatı sahəsinin yandığını deyib.

Qeyd edək ki, 15 nəfərin və yüzlərlə heyvanın ölümünə səbəb olan yanğının görüntüləri ortaya çıxıb.

Diclə Elektrik Dağıtım A.Ş. (DEDAŞ) yanğının elektrik dirəyindən qaynaqlanmadığını müdafiə edirdi.

Ortaya çıxan görüntülərdə 15 nəfərin ölümünə səbəb olan yanğının elektrik dirəyindən yarandığı görünür.

Görüntülər də ekspertiza rəyinə daxil edilib.

Kənd sakinləri, “Yanğının küləşlə heç bir əlaqəsi yoxdur. Yanğın elektrik naqillərindən baş verib. İllərdir təmir istəyirik, etmirlər. Naqillər qopub düşdü, sonra kənd yanmağa başladı. DEDAŞ-a dəfələrlə müraciət etdik, amma heç nə etmədilər.
Yanğından sonra bölgəyə gedən şəxslərdən Diyarbakır Millət vəkili Sezgin Tanrıkulu da yanğında şübhəlinin DEDAŞ olduğunu söyləyib.”- deyə qeyd ediblər.

Millət vəkilinin sözlərinə görə, xüsusən də bu fəsillərdə elektrik verilişi xətlərində texniki xidmət, təmir və infrastruktur işləri lazımi səviyyədə aparılmadığından yanğınlar elektrik xətlərindən baş verir.

Mövzuya görə xəbərlər