Son dəqiqə

Türkiyə PKK

Türkiyə PKK-ya yardımlara müdaxilə edəcək

Bakı,TurkicWorld

Türkiyə bundan sonra terror təşkilatı PKK-ya göndərişlərə səssiz qalmayacaq.

TurkicWorld xəbər verir ki, terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-dən minlərlə terrorçunu silahlandıran ABŞ təşkilata iki hava hücumundan müdafiə sistemi verib.

Terror təşkilatının logistik bazasına çevrilən Süleymaniyyə hava limanı üçün qərar verilib. Bu hava limanına İran kamikadze pilotsuz təyyarələr, Almaniya isə bəzi texniki hissələr göndərib və təşkilat üçün təlimlərin hava limanında verildiyi müəyyən edilib.

Bildirilib ki, Türkiyə PKK terrorçularına göndərilən hər hansı yük və silah aşkar edərsə müdaxilə edəcək.

Qeyd edək ki, Türk Hava Yolları (THY) də 2023-cü ilin aprel ayında terror təşkilatı PKK-nın Süleymaniyyədəki varlığını davam etdirdiyi və hava limanına sızaraq uçuş təhlükəsizliyini təhlükə altına ala biləcəyi səbəbilə Süleymaniyyəyə uçuşları dayandırmışdı. Hadisələrdən sonra qadağa daha altı ay uzadılıb.

Mövzuya görə xəbərlər