Son dəqiqə

Türkiyə Fahrettin Koca yanğın meşə yanğınları

Türkiyədə meşə yanğınları zamanı 11 nəfər ölüb (YENİLƏNİB)

Bakı. TurkicWorld:

Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş verən yanğınlarda 11 nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" hesabında etdiyi paylaşımda açıqlayıb.

O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.

Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub. Ən son məlumatda hadisə nəticəsində 5 nəfərin öldüyü, 44 nəfərin xəsarət aldığı bildirilirdi.

xxx

16:25

Bakı.TurkicWorld:

Türkiyənin Diyarbəkir və Mardin şəhərlərində baş verən yanğın nəticəsində beş nəfər dünyasını dəyişib, 10-u ağır olmaqla 44 nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, Diyarbəkirin Çınar rayonu ilə Mardinin Mazıdağı rayonu arasındakı bölgədə baş verən küləş yanğını yaşayış məntəqələrinə keçərək fəlakətə səbəb olub. Qrupların uzun səylərindən sonra alov nəzarət altına alınıb. Səhiyyə naziri Fahrettin Koca Diyarbəkirdə üç, Mardində iki nəfər olmaqla beş nəfərin həyatını itirdiyini açıqlayıb.

Gecə saatlarında başlayan küləş yanğını küləyin təsiri ilə böyüyüb.

Yanğının söndürülməsi ilə yanaşı çox sayda yaralı müalicə olunmaq üçün Çınar Dövlət Xəstəxanasına və şəhər mərkəzindəki xəstəxanalara aparılıb.

Dövlət rəsmiləri hadisə ərazisinə gəliblər.

Qeyd edək ki, yanğın nəzarət altına alınıb, soyutma işləri davam etdirilir.

Mövzuya görə xəbərlər