Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi FETÖ

Yunanıstana qaçmağa çalışan terrorçular saxlanılıb – Türkiyə MN

Bakı. TurkicWorld:

5-i terror təşkilatı üzvü olan 9 nəfər Yunanıstana qaçmağa cəhd edərkən saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

“Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 9 nəfər Ədirnədə növbətçi sərhəd əsgərləri tərəfindən yaxalanıb.” – deyə açıqlamda qeyd edilib.

Bildirilib ki, araşdırma nəticəsində ələ keçirilən şəxslərdən dğrdü FETÖ, biri isə DHKP-C terror təşkilatı üzvü olduğu müəyyən edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər