Son dəqiqə

Türkiyə İbrahim Yumaklı meşə yanğınları

Meşə yanğınlarında təxminən 300 hektar sahə zərər görüb

Bakı. TurkicWorld:

Meşə yanğınlarında təxminən 300 hektar sahə zərər görüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı deyib.

“Bu gün 42 yanğın baş verib. Bu meşə yanğınlarının 22-si meşədə, 20-si isə meşədən kənarda baş verib. Yüksək risk qrupunda adlandırdığımız yanğın növündə 5 yanğın baş verib; Burdur, Çanaqqala, Sakarya, Manisa və Uşakda baş verən yanğınlar” – deyə Yumaklı qeyd edib.

Nazir qeyd edib ki, hal-hazırda 94 vasitəçi və 540 şəxsi heyətlə yanğına müdaxilə edilir.

"İqlim dəyişikliyinin təsirlərini yaşayırıq, daha çox diqqət yetirməliyik. Ancaq təəssüf ki, iqlim dəyişikliyinin böyük təsirlərini yaşadığımız bu günlərdə vurğulamaq istərdim ki, xüsusilə Aralıq dənizi hövzəsindəki ölkəmizin bundan daha çox təsirlənəcəyini nəzərə alsaq, daha çox diqqət yetirməliyik.” – deyə Yumaklı bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər