Son dəqiqə

Türkiyə Ermənistan Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Paşinyanla regional məsələləri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Rabitə Müdirliyinin sosial media hesabından edilən açıqlamada qeyd edilib.

Ərdoğan Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı Paşinyana başsağlığı verib.

Görüş zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar.

Onlar həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər