Son dəqiqə

Türkiyə

Mersində mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb

Bakı. TurkicWorld:

Mersində mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

TurkicWorld xəbər verir ki, mikroavtobus naməlum səbəbdən qəzaya uğrayıb.

Xəbərdarlıq üzərinə hadisə yerinə polis, xilasetmə və tibb qrupları göndərilib.

Məlumat üçün qeyd edək ki, xəsarət alan 11 nəfər avtomobildən çıxarılaraq şəhər xəstəxanalarına çatdırılıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər