Son dəqiqə

Türkiyə Avropa İttifaqı

Avropa İttifaqından Türkiyəyə təzyiq

Bakı. TurkicWorld:

Türkiyə Avropa İttifaqına (Aİ) üzv ola bilmək üçün Kipr məsələsində geri addım atmalı və Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Piter Stano Brüsseldə türkiyəli jurnalistlərin suallarını cavablandırarkən deyib. O 61 il əvvəl üzvlük üçün müraciət edən Türkiyənin Kiprdən imtina etməsi şərtini irəli sürüb.

Görüşdə jurnalistlər Stano’ya Türkiyə-AB əlaqələri və üzvlük statusu ilə bağlı sual veriblər. Aİ-nin Türkiyənin əhəmiyyətinin fərqində olduğunu bildirən Stano Türkiyə ilə əməkdaşlıq üçün bəzi şərtlərin olduğunu bildirib. O, qeyd edib ki, Kipr məsələsi həmin şərtlərin başında durur. Stano Türkiyənin KKTC-nin müstəqilliyi ilə bağlı geri addım atmalı olduğunu bildirib.

Digər şərt isə ABŞ-ın uzun müddətdir gündəmə gətirdiyi Rusiyanı sıxışdırma siyasətidir. Stano, Rusiyaya qarşı sanksiyaların tətbiqinin AB üzvlüyü üçün “xoş niyyət əlaməti olacağını” bildirib. O həmçin “Bu, Türkiyənin öz namizədliyini həqiqətən səmimi və açıq şəkildə ifadə etdiyinin son sübutu ola bilər” -deyə əlavə edib.

Mövzuya görə xəbərlər