Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Türkiyədə 157 narkotik ticarətçisi saxlanılıb

Bakı,TurkicWorld:

Türkiyədə 20 əyalətdə keçirilən “Narkoçelik-22” əməliyyatları zamanı 157 narkotik ticarətçisi və küçə satıcısı tutulub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, X sosial media hesabında paylaşım edib.

Onlardan 56-sı həbs edilib, 43-ü barəsində məhkəmə nəzarəti qərarı verilib.

“Sevgili millətimizin bilməsini istəyirəm ki, ölkəmizi zəhər tacirlərindən və küçə tacirlərindən təmizləmək əzmindəyik. Biz narkotik tacirlərinin gənclərimizi zəhərləməsinə əsla icazə verməyəcəyik”,- deyə Yerlikaya paylaşımda qeyd edib.

Qeyd edək ki, 20 əyalətdə keçirilən “Narkoçelik-22” əməliyyatları zamanı 663 kq narkotik maddə, 3 milyon 400 min ədəd sirr kökü və skunk kökü və 436 min narkotik həb ələ keçirilib.

Mövzuya görə xəbərlər