Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Türkiyədə 62 nəfər saxlanılıb

Bakı,TurkicWorld:

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd ayrı cinayət təşkilatına qarşı keçirilən “Kuyu-4” əməliyyatında qrup rəhbərləri də daxil olmaqla 62 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama verib.

Dördüncü quyu əməliyyatları mərkəzi İstanbulda olan 12 vilayətdə həyata keçirilib.

Ölkə daxilində və xaricdə ələ keçirilən 3 ton 367 kiloqram narkotik vasitə və stimullaşdırıcı maddələrin bir-birinə bağlı dörd mütəşəkkil cinayətkar qrupunun məsuliyyət daşıdığı müəyyən edilib. Əməliyyatlar zamanı cinayət təşkilatlarının ümumi dəyəri 11 milyard lirə olan 200 daşınmaz əmlakı, 85 motorlu nəqliyyat vasitəsi, 30 şirkətin ortaqlıq payları və bütün bank aktivləri ələ keçirilib.

Mövzuya görə xəbərlər