Son dəqiqə

Türkiyə Van

Vanda hərbi maşın aşıb

Bakı,TurkicWorld:

Türkiyənin Van şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində hərbi maşın aşıb və dörd əsgər yaralanıb.

TurkicWorld xəbər verir ki, qəza, saat 14.30 radələrində Van -Hakkari yolunun Kurubaş mövqeyində meydana gəlib.

Hadisə yerinə sağlamlıq qrupları sövq edilib və yaralı əsgərlər Vandakı xəstəxanalara göndərilib.

Xəsarət alanların səhhətinin yaxşı olduğu bildirilib.

Mövzuya görə xəbərlər