Son dəqiqə

Türkiyə Ali Yerlikaya

Cinayət qruplarına qarşı mübarizəmizi fasiləsiz davam etdiririk

Bakı. TurkicWorld:

Cinayət qruplarına qarşı mübarizəmizi fasiləsiz davam etdiririk.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya Təhlükəsizlik İclasında deyib.

"Terror təşkilatları və onların işbirlikçilərinə, mütəşəkkil cinayət təşkilatlarına, zəhər tacirlərinə, şəhər quldurlarına və bütün cinayət qruplarına qarşı fasiləsiz mübarizəmizi davam etdiririk" – deyə o bildirib.

İclasın əsas gündəm maddələrinin terrorla mübarizə, mütəşəkkil cinayət təşkilatları, narkotik, ictimai asayiş, ələ keçirmə, trafik və miqrant qaçaqmalçılığı təşkilatçıları olduğu qeyd ediblib.

“İlin 365 günü yay-qış xidmət edən qəhrəman təhlükəsizlik qüvvələrimizə təşəkkür edir, onlara vəzifələrində böyük uğurlar arzulayıram” – deyə Yerlikaya vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər