Bakı. TurkicWorld:
ABŞ-ın dəstəklədiyi kürd qruplarının Suriyanın şimalında yerli seçkilər keçirmək planları “qəbuledilməzdir” və Türkiyənin milli təhlükəsizliyinə təhdiddir.
TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər deyib.
O qeyd edib ki, Türkiyə bu addımı Suriya kürd qruplarının sərhədləri aşaraq ayrıca kürd qurumunun yaradılması istiqamətində atdığı addım kimi qiymətləndirir.
Yaşar Gülər Türkiyənin kürd yaraqlılarının yaratdığı təhlükəyə qarşı çıxmaq üçün Suriya və İraqla sərhədləri boyunca təhlükəsiz dəhliz yaratmaq öhdəliyini bir daha təkrarlayıb.
“Suriyanın ərazi bütövlüyünü təhdid edən qondarma seçki səyləri regionda sülh və əmin-amanlığa mənfi təsir göstərəcək. Biz milli təhlükəsizliyimizə və qonşularımızın ərazi bütövlüyünü təhdid edən addımların atılmasına imkan verməyəcəyik. PKK-nın Suriya qolu qondarma seçkilkər keçirərsə Ankara buna sərt şəkildə cavab verəcək”-deyə o qeyd edib.
Qeyd edək ki, Suriyanın şimal və şərqinə nəzarət edən PKK terror təşkilatının Suriya qolu iyunun 11-də bələdiyyə seçkiləri keçirməyi planlaşdırdığını açıqlayıb. Terrorçu bələdiyyə başçılarının seçilməsi üçün qondarma səsvermə Hasake, Rakka, Deyr-əzzor əyalətlərində və Hələb vilayətinin şərq hissəsində keçiriləcək.
Hafiz Rufizoğlu