Son dəqiqə

Türkiyə PKK

Türkiyə DİN Hakkari Bələdiyyə Başçısı ilə bağlı açıqlama verib

Bakı,TurkicWorld:

Türkiyənin Daxili İşlər Nazirliyi Hakkari Bələdiyyə Başçısı Mehmet Sıddık Akışın fəaliyyətini dayandırılmasının və saxlanmasının səbəbini açıqlayıb.

TurkicWorld xəbər verir ki, açıqlamada Akışın PKK ilə yaxından əlaqəli olduğu qeyd olunub.

Onun PKK Terror Təşkilatının məhəllə komissiyalarına da cəlb olunduğu və buna görə də məsuliyyət daşıdığı, PKK-nın kənd düşərgələrinə gedərək orada təşkilatın yüksək səviyyəli üzvləri ilə görüşdüyü, Hakkari mərkəzində təşkilata qarşı olan vətəndaşları qondarma vergi ilə pul tələb etdiyi, təşkilatdan aldığı təlimatlarla vətəndaşları hədələdiyi məlum olub.

Qeyd edək ki, bələdiyyə başçısına Hakkari Ağır Cəza Məhkəməsində “Silahlı Terror Təşkilatına rəhbərlik etmək, Silahlı Terror Təşkilatına üzv olmaq və təşkilatın təbliğatını aparmaq” maddəsi üzrə cinayət işi açılıb.

Mövzuya görə xəbərlər