Son dəqiqə

Türkiyə İstanbul

İstanbulda binanın çökməsi ilə bağlı iki nəfər saxlanılıb

Bakı. TurkicWorld:

İstanbulun Küçükçekmece bölgəsində binanın çökməsi ilə bağlı iki nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, üç mərtəbəli yaşayış binasının uçması ilə bağlı Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.

Saxlanılan şəxslər polis bölməsinə aparılıb.

Xatırladaq ki, bu gün İstanbulun Küçükçekmece bölgəsində üç mərtəbəli bina çöküb.

Hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər