Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Suriya Iraq

Suriya və İraqın şimalında terror dəhlizinə icazə vermirik

Bakı. TurkicWorld:

Suriya və İraqın şimalında terror dəhlizinə icazə vermirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyəni terror kəməri ilə mühasirəyə almaq planlarını alt-üst etdik. Biz terror bataqlıqlarını qurudacaq və vətəndaşları öldürməyə cəhd edənlərlə qarşılaşacağıq. Suriya və İraqın şimalında terror dəhlizinə icazə vermirik.” – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, terror təşkilatları dağıldıqca Türkiyə qazanacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər