Son dəqiqə

Türkiyə İstanbul

İstanbulda binanın çökməsi nəticəsində ölən və yaralananlar olub

Bakı. TurkicWorld:

İstanbulun Küçükçekmece rayonunda üç mərtəbəli binanın çökməsi nəticəsində ölən və yaralananlar olub.

TurkicWorld xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.

“Küçükçekmecedə çökən binanın dağıntıları altında qalan sonuncu şəxs yaralı olaraq xilas edilib. Hazırda dağıntılar altında heç kim qalmayıb və axtarış-xilasetmə qrupları dağıntıları dinləməyə davam edir” – deyə İstanbul Qubernatorluğu bildirib.

Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Mehmet Özhaseki bildirib ki, araşdırmalar nəticəsində binanın 36 il əvvəl tikildiyi və daha sonra qanunsuz olaraq 1,5 mərtəbə əlavə edildiyi müəyyən olunub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər