Son dəqiqə

Türkiyə FETÖ

CNN Türk müxbirinə edilən hücum qəbuledilməzdir – Türkiyə XİN

Bakı. TurkicWorld:

CNN Türk müxbirinə edilən hücum qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.

"CNN Türk telekanalının Vaşinqton müxbiri Yunus Paksoya Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı yayımı zamanı edilən hücumu qınayırıq" – deyə nazirlik bildirib.

Açıqlamada, hücumu həyata keçirən və təhrik edən şəxslərin qanun qarşısında cavab verməsi üçün ABŞ səlahiyyətliləri tərəfindən lazımi təşəbbüslərin edildiyi qeyd edilib.

Xatırladaq ki, CNN Türk və Hürriyet-in ABŞ nümayəndəsi Paksoy FETÖ lideri Fətullah Gülənin qaldığı ABŞ-ın Pensilvaniya ştatında təşkilatın mərkəzi binası qarşısında televiziya yayımı edərkən hücuma məruz qalıb.

Canlı əlaqə zamanı hücuma görə Paksoyun televiziya yayımı kəsilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər