Son dəqiqə

Türkiyə FETÖ

Ankarada keçirilən FETÖ əməliyyatında altı nəfər saxlanılıb

Bakı. TurkicWorld:

Ankarada keçirilən FETÖ əməliyyatında altı nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, Ankara Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı istintaq aparıb.

Ankara Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları FETÖ-çülərin Polis Peşə Liseylərinə (PMYO) qəbul imtahanlarında yol verdiyi qanun pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində təşkilatın hansı üsullardan istifadə etdiyini müəyyən edib.

Bununla bağlı aparılan araşdırmalar nəticəsində, 2006 və 2007-ci illərdə PMYO imtahanından əvvəl imtahan suallarına daxil olub təşkilat üzvlərinə paylayan, sualları götürüb imtahandan keçən şübhəlilərə qarşı mərkəzi Ankara olan 6 vilayətdə əməliyyat təşkil edilib.

Əməliyyat zamanı saxlanılan 6 şübhəli ifadəsi üçün Ankara Polis İdarəsinə gətirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər