Son dəqiqə

Türkiyə FETÖ

FETÖ liderinin qaldığı evdən başqa yerə aparıldığı iddia edilir

Bakı. TurkicWorld:

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qaldığı evdən başqa yerə aparıldığı iddia edilir.

TurkicWorld xəbər verir ki, 15 iyul xain çevriliş cəhdinin bir nömrəli adı olan Fətullah Gülənin 1999-cu ildən qaldığı və təşkilat üzvlərini qəbul etdiyi mərkəzdən qaçırılması iddiası qardaşı oğlu Ebuseleme Gülən tərəfindən gündəmə gətirilib.

Əvvəllər fermanın girişində sutkanın 24 saatı keşik çəkən silahlı və uniformalı amerikalı mühafizəçilərin artıq orada olmadığı görüntülərdə əks olunub.

FETÖ üzvlərinin sıx yaşadığı Saylorsburg və Wind Gap kimi qəsəbələrdə təşkilat üzvlərini tanıyan bəzi yerli dükançılar bir müddətdir düşərgəyə gələn və gedən olmadığını təsdiqləyiblər.

Xatırladaq ki, FETÖ terror qruplaşması 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhd göstərib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər